Mask ABŞ hökumətinin “Twitter” istifadəçilərinin birbaşa mesajlarına tam çıxışı olduğunu iddia etdibackend

Mask ABŞ hökumətinin “Twitter” istifadəçilərinin birbaşa mesajlarına tam çıxışı olduğunu iddia etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Twitter”in baş direktoru İlon Mask ABŞ hökumətinin “Twitter” istifadəçilərinin birbaşa mesajlarına tam çıxış əldə etdiyini iddia edib. 

NOCOMMENT.az xəbər verir ki, Mask bundan xəbər tutanda şoka düşərək “məəttəl qaldığını” bildirib.

Mask bu barədə “Fox News”da Taker Karlsona verdiyi müsahibədə məlumat verib.

“Dövlət agentliklərinin Twitter-də baş verən hər şeyə tam giriş imkanına malik olması məni heyrətə gətirdi və bundan xəbərim yox idi” deyə Mask qeyd edib.

Bundan başqa Mask süni intellekt dalğası ilə bağlı narahatlığını da dilə gətirərək, texnologiyanın sivilizasiyanı məhv etmək potensialına malik olduğuna inandığını bildirib.

NOCOMMENT.AZ