Mask ABŞ-ın “fəlakət reseptini” açıqladıbackend

Mask ABŞ-ın “fəlakət reseptini” açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qeyri-qanuni immiqrantlar Birləşmiş Ştatlar üçün əsas problemdir və Amerika hökumətinin cənub sərhəddində heç bir tədbir görmədiyi təqdirdə qeyri-qanuni miqrasiya ölkə üçün fəlakət üçün “resept” ola bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə amerikalı iş adamı və sahibkar İlon Mask Maykl Milken İnstitutunda keçirilən konfransda bildirib.

“Çox sayda yoxlanılmamış insanların miqrasiyası fəlakət üçün reseptdir”, -deyə İlon Mask bildirib.

Milyarderin sözlərinə görə, cənub sərhədində təhlükəsizliyi gücləndirmək lazımdır, çünki sərhəddən keçid miqrantlar üçün asan olub. Eyni zamanda Musk dinləyicilərin diqqətini ABŞ-a qanuni miqrasiyaya qarşı olmadığını diqqətə çatdırıb.