Mask ABŞ-ın iflas riski barədə xəbərdarlıq edibbackend

Mask ABŞ-ın iflas riski barədə xəbərdarlıq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ştatlar milli borcun artımını dayandırmasa, müflis olacaq və hətta əsas xidmətlərin haqqını ödəyə bilməyəcək.

NOCOMMENT.az xəbər verir ki, bu fikri seçilmiş prezident Donald Trampın administrasiyasında hökumətin səmərəliliyinə nail olmaq üzrə departamentin rəhbəri postunu tutacaq amerikalı milyarder İlon Mask (Forbes jurnalının məlumatına görə, o, 337,3 milyard dollara malikdir) deyib.

“Əgər biz dövlət borcunun eksponensial artımı ilə məşğul olmasaq, əsas xidmətlər də daxil olmaqla heç bir şey üçün pul olmayacaq!” — Mask özünün “X” sosial şəbəkəsində yazıb.

Beynəlxalq Valyuta Fondunun proqnozlaşdırdığı kimi, Amerikanın dövlət borcunun həcmi bu ilin sonuna kimi ÜDM-in 121%-nə, 2029-cu ildə isə heç bir tədbir görülməsə, ÜDM-in 131,7%-nə çatacaq.