Mask: Baydenin hələ də ABŞ-ı idarə etdiyini unudurambackend

Mask: Baydenin hələ də ABŞ-ı idarə etdiyini unuduram

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı sahibkar və milyarder İlon Mask deyib ki, o, Co Baydenin hələ də ABŞ-ın başında olduğunu daim unudur.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Mən unuduram ki, texniki cəhətdən Bayden hələ də ölkəni idarə edir”, – deyə o vurğulayıb.

Mask bundan əvvəl Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədliyini irəli sürən keçmiş Amerika lideri Donald Trampı dəstəklədiyini açıqlamışdı.