ABŞ prezidenti Co Baydenin Suriyaya humanitar yardım göstərmək qərarı saxtakarlıqdır.
NOCOMMENT.az xəbər verir ki, bunu iş adamı İlon Mask deyib.
“Hökumət saxtakarlığının miqyası və əhatə dairəsi heyrətamizdir”, – hesabatda deyilir.
Mask bu şərhi Şimali Karolinada aşağı temperatur səbəbiylə çadırlarda yatmaq məcburiyyətində qalan amerikalılara dəstək verilməməsi fonunda Suriyaya yardımın ötürülməsi ilə bağlı xəbərin altına yazıb.