Mask Böyük Britaniyanı zülmdən azad etməyə çağırdıbackend

Mask Böyük Britaniyanı zülmdən azad etməyə çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Britaniyanı ölkə hakimiyyətinin zülmündən azad etməlidir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə amerikalı sahibkar İlon Mask X sosial şəbəkəsindəki səhifəsində bildirib.

“Amerika Britaniyanı tiran idarəçiliyindən azad etməlidir” deyə sahibkar çağırıb. Bununla belə, o, Britaniyanın hazırkı Baş naziri Keir Starmerin hökumətini nəzərdə tutub-tutmadığına aydınlıq gətirməyib.

İş adamı bu ifadəyə razılıq sorğusunu da əlavə edib. Hazırda sorğuda 328,1 min istifadəçi səs verib, onların 66,9 faizi bəyanatı dəstəkləyib.

Daha əvvəl Mask ABŞ prezidenti Co Bayden administrasiyasını vətənə xəyanətdə ittiham etmişdi . Belə ki, o, hakimiyyətin miqrantlar üçün sərhədləri bilərəkdən açdığını yazan X istifadəçisinin dərcinə münasibət bildirib.