İlon Mask dünən X platformasında Qəzzadakı müharibə ilə bağlı reklamlardan və abunələrdən əldə etdiyi bütün gəliri İsraildəki xəstəxanalara və Qəzzada Qızıl Xaç/Qızıl Aypara Cəmiyyətinə bağışlayacağını açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, o, bu barədə öz sosial media platformasında açıqlama yayıb.
“Biz Qızıl Xaç/Qızıl Aypara vasitəsilə vəsaitlərin necə xərclənməsinə nəzarət edəcəyik. Biz daha yaxşı ideyalara açığıq. Biz irqindən, dinindən, dinindən asılı olmayaraq günahsızların qayğısına qalmalıyıq.”