Mask iqlim dəyişikliyindən daha böyük təhlükəni açıqladı: Narahatambackend

Mask iqlim dəyişikliyindən daha böyük təhlükəni açıqladı: Narahatam

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“SpaceX” və “Tesla”nın qurucusu İlon Mask aşağı doğum nisbətlərinin sivilizasiya üçün iqlim dəyişikliyindən daha çox təhlükəli olduğunu açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, o bu barədə öz “Twitter” hesabında məlumat verib.

Bu, Maskın doğum nisbətlərinin azalması ilə bağlı ilk xəbərdarlığı deyil.

O əhali sayının azalmasının dünyanın 20 il içində üzləşəcəyi ən böyük problem olacağını bildirib.

10 uşaq atası Mask açıqlamasında “Məncə, hər kəs uşaq sahibi olmalıdır” deyə qeyd edib.

Qeyd edək ki, son 60 ildə dünya əhalisi 3 milyarddan 7,9 milyarda çatsa da, Maskın dediyi kimi, doğum nisbətində azalma var. Dünya Bankının məlumatlarına görə, 1964-cü ildən bəri qlobal doğum nisbəti davamlı olaraq aşağı düşür.

Jalə Bədirova

NOCOMMENT.az