Mask Putinin “nüvə silahı” ilə bağlı açıqlamasına reaksiya veribbackend

Mask Putinin “nüvə silahı” ilə bağlı açıqlamasına reaksiya verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı sahibkar və iş adamı İlon Mask Rusiya prezidenti Vladimir Putinin Rusiya Federasiyası üçün “kritik təhlükə” yarandığı halda potensial nüvə silahından istifadə edilməsi ilə bağlı sözləri ilə razılaşıb.

NOCOMMENT.az xəbər verir ki, o, öz fikrini “X” sosial şəbəkəsində bölüşüb.

“Əlbəttə”, – deyən Mask “Zerohedge” saytının Putinin sözlərini dərc edən yazısını paylaşıb.

Bundan əvvəl Putin bildirib ki, Rusiya ölkənin suverenliyini və müstəqilliyini qorumaq üçün nüvə silahından istifadə etməyə hazırdır.