Mask “Twitter” əməkdaşından üzr istədi: Yenidən iş təklif etdibackend

Mask “Twitter” əməkdaşından üzr istədi: Yenidən iş təklif etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Twitter”-in CEO-su İlon Mask sosial media platformasında işçilərindən biri haqqında yazdığı paylaşıma görə üzr istəyib.

NOCOMMENT.az xəbər verir ki, üzrxahlıq “Twitter”in əməkdaşı Holi Sorlifson Maska “İnsan Resursları rəhbəriniz mənim işlədiyimi təsdiqləyə bilmir” mesajından sonra paylaşılıb.

Musk, bu paylaşımdan sonra “Nə işlə məşğul idiniz?” deyə soruşub.

Bir sıra sual-cavab yazılarından sonra Sorlifson işdən qovulduğuna dair e-poçt aldığını söyləyib.

Çərşənbə axşamı Musk Sorlifson üçün “ən pis” adlandırdığı bir mesaj paylaşıb. Daha sonra isə həmin paylaşımı onu silib.

Bir neçə saat sonra Mask bu yazıya görə üzr istəyib və Sorlifsona yenidən iş təklif edib.

“Vəziyyətini səhv başa düşdüyümə görə Hollidən üzr istəyirəm” deyə yazıb və onun “Twitterdə” qalmağı düşündüyünü əlavə edib. 

NOCOMMENT.AZ