Mask-Zukerberq rəqabətinin yeni sahəsi: Süni intellektbackend

Mask-Zukerberq rəqabətinin yeni sahəsi: Süni intellekt

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milyarderlər arasında süni intellekt rəqabəti artmaqda davam edir.

NOCOMMENT.az xəbər verir ki, bir tərəfdən Meta şirkəti öz süni intellekt modelinin kommersiya versiyasını təqdim etməyə hazırlaşarkən, digər tərəfdən məşhur ABŞ sahibkarı Elon Musk “xAI”nı işə saldığını açıqlayıb.

Dünyanın ən məşhur texnoloji milyarderləri arasındakı rəqabət Silikon Vadisinin ən mübahisəli bölgəsinə doğru irəliləyib.

“Twitter”in sahibi və icraçı direktoru Elon Mask “xA”I adlı yeni süni intellekt şirkətini elan edib. Şirkətin saytında verilən açıqlamada “xAI”nin məqsədinin “kainatın əsl mahiyyətini anlamaq” olduğu bildirilib.

Mark Zukerberqə məxsus Meta şirkəti hazırladığı süni intellekt modelinin kommersiya versiyasını təqdim etmək üçün hazırlıqlarını davam etdirir.

Qeyd edək ki, artıq bir müddətdir ki, iki milyarderin süni intellektlə bağlı yeni irəliləyiş layihələri texnologiya dünyasında əks-səda verir. Digər tərəfdən, İlon Mask ötən aylarda dəfələrlə süni intellektin riskləri barədə xəbərdarlıq edib.

Süni intellekti iki tərəfli qılınc kimi gördüyünü ifadə edən Mask, süni intellektin bəşəriyyəti məhv etmə ehtimalının aşağı olduğunu bildirib.