Maska taxmayan şəxslərin işi polisə göndərilibbackend

Maska taxmayan şəxslərin işi polisə göndərilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirus pandemiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.

Ağstafa rayon prokurorluğundan NOCOMMENT.az-a verilən məlumata görə, Ağstafa şəhər sakini Elnura Qədiməlizadə, rayonun Poylu kənd sakini Sahib Yaqubov, Qaçaq Kərəm kənd sakini Oqtay Kotyalov və Eynallı kənd sakini Seymur Kərimovun ictimai yerdə tənəffüs yollarını qoruyan fərdi mühafizə vasitələrindən istifadə etməmələrinə görə toplanan materiallar üzrə 24.12.2020-ci ildə Ağstafa rayon prokuroru tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.2-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Ağstafa rayon polis şöbəsinə göndərilib.

Xüsusi karantin rejimi qaydalarını pozmuş şəxslər barəsində prokurorluq orqanları tərəfindən qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsi təmin edilir.