KoronaVirus İnformasiya Portalı
Maska taxmayan sürücülər də cərimələnir? – DYP-dən radarlarla bağlı AÇIQLAMAbackend

Maska taxmayan sürücülər də cərimələnir? – DYP-dən radarlarla bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə maska istifaə etməyən sürücünün 50 manat dəyərində cərimə olunduğunu əks etdirən fotolar yayılıb. Şəxsi avtomobilində hərəkət zamanı radar şəxsin şəklini çəkərək, cəriməni sürücünün telefon nömrəsinə yollayıb.

Maraqlıdır, sürücülərin şəxsi avtomobillərini idarə edərkən maska taxmaları nə qədər önəmlidir? Maska istifadə etməyən sürücülər cərimələnə bilərmi?

NOCOMMENT xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev sürücülərə maska istifadəsi ilə bağlı tövsiyə edidiyini və bunun əksi ilə bağlı hər hansı cərimənin tətbiq olunmadığını bildirib: “Mövcud qanunvericiliyə görə yalnız sərnişindaşınmada istifadə olunan nəqliyyat vasitələrində tibbi maskaların taxılmaması inzibati məsulliyyət yaradır. Şəxsi avtomobildə də bir neçə ailə üzvü gedirsə onlar da maska taxa bilər. Amma tövsiyyə olunur ki, avtomobildə kənar şəxslər varsa, sürücülər də, sərnişinlər də tibbi maskada olsunlar. Amma buna görə hər hansı cərimə tətbiq olunmur”.

Qeyd edək ki, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcək.