Maskalar özü virus daşıyıcısıdır – Apteklərdə satılan saxta maskalarbackend

Maskalar özü virus daşıyıcısıdır – Apteklərdə satılan saxta maskalar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, son zaman pandemiya ilə əlaqədar müxtəlif təyinatlı tibbi maskalara yaranan təlabat kəskin artıb.

Bu isə bəzi işbazların və maska satışı həyata keçirən apteklərdə əlavə biznes mənbəyinə çevrilib. Ev şəraitində, sexlərdə maskaların hazırlanması və rəsmi fabrikdə istehsal olunan maskaların satışı zaman sanitariya qaydalarının pozulması faktları ilə tez-tez rastlaşırıq.

Apteklərdən maska alışı zamanı qarşılaşdığı mənzərəni vətəndaş özünün sosial media hesabında belə əks etdirir:

Maskalar özü virus daşıyıcısıdır. Əczaçılar pul qəbul etdiyi, dərman qutularına vurduğu əllərilə alıcılara maska sayıb verirlər. Nəzərə alsaq ki, özündə koronavirusun siptomlarını hiss edən şəxslər çox vaxt aptekə dərman almağa gedir, o zaman əczaçının əlcəyinə yapışan virusun maskaya keçəcəyi şübhəsizdir. Ona görə də hökumət maska istehsalı ilə məşğul olan məlum müəssisələrə tapşırıq verməlidir ki, maskalar 5, 10 ədəd olmaqla paketlənsin, alıcılara da ən azı 5 ədəd olmaqla satılsın. Hamının 5 ədəd maskanı alması üçün də qiymətlər dövlətin dotasiyası, yaxud Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanmış vəsait hesabına ya 5 qəpiyə endirilsin, yaxud pulsuz paylansın.

Maskaların bu şəkildə paketlənərək paylanılması praktikası Türkiyədə də mövcuddur. İlk dəfə İstanbulun bələdiyyə başqanı Əkrəm İmamoğlunun təşəbbüsü ilə şəhərdəki müəssisələrdən birində maska istehsalı və 5, 10 ədəd paketlənərək pulsuz paylanması həyata keçirilib. Sonradan isə Türkiyə Prezidentinin göstərişi ilə maskalar apteklərdə pulsuz paylanılıb”.

Sexlərdə və evlərdə antisanitariya şəraitində hazırlanan maskalar. Eyni zamanda sterilizə olunmamış materiallardan hazırlanan maskalar bir başa insan həyatı üçün təhlükə mənbəyidir. Apteklərdə satışı həyata keçirilən sərt rezinli, narahat və nəfəs almağı çətinləşdirən maskaların satışı həyata keçirilir ki, bu maskalar heç bir standarta cavab vermir.

Sumqayıtda saxta quruyucu maska
 

Bir tibbi maskanın qiyməti 30 qəpik olduğu, gün ərzində isə bir tibbi maskadan bir dəfə istifadə olunması mümkün olduğu halda, 4-5 nəfərlik ailədə günlük maska xərci 1 manat 50 qəpik edir. Bir ay üçün bu xərc ən azı 45-50 manat təşkil edir. Sərtləşdirilmiş karantin dövründə işləməyib evdə outran və müxtəlif səbəblərdən 190 manat birdəfəlik sosial müavinətdən məhrum olan ailənin durumunu təsəvvür etmək elə də çətin deyil.

Qeyd edək ki, pandemiya öncəsi apteklərdə xaricdən idxal olunaraq keyfiyyəti ilə də fərqlənən tibbi maska satışı 10 qəpik idi. Lakin, ölkədə maska satışının istehsalına başlanıldıqdan sonra bu maskalar keyfiyyətinə görə də ilkin maskaların keyfiyyətindən aşağı oldu. Satışı isə 3 dəfə bahalaşaraq 30 qəpiyə həyata keçirilir.