Maskalı şəxslər YDM-ə basqın ediblər: Xəsarət alan varbackend

Maskalı şəxslər YDM-ə basqın ediblər: Xəsarət alan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəran rayonunda maskalı şəxslər yanacaqdoldurma məntəqəsinə basqın edib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Girdəni kəndində qeydə alınıb.

Məlumata görə, basqınçılar üç nəfər olub. Onlardan biri əlində kustar üsulla hazırlanmış kəsici-deşici alətlə dispetçer otağına soxulub və pulları qarət etmək istəyib. Yanacaqdoldurma məntəqəsinin digər əməkdaşı yoldaşına kömək edərək pulların qarət olunmasına mane olub. Nəticədə tərəflər arasında dava düşüb. Bu zaman Girdəni kənd sakini, 1983-cü il təvəllüdlü Amid Şakir oğlu Kərimov baş, əl və qarın nahiyəsindən bıçaq xəsarətləri alıb. Yaralı Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyata alınıb.

Basqın edən şəxslər isə hadisə yerindən qaçaraq uzaqlaşıblar. Onların kimliyinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.