Maskdan Almaniyaya sərt sözlərbackend

Maskdan Almaniyaya sərt sözlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Xarici İşlər Nazirliyi ilə İlon Mask arasında “miqrant” gərginliyi yaşanıb. Açıqlamaları ilə gündəmə gələn Mask Aralıq dənizində xidmət edən qaçqın xilasetmə gəmilərinə reaksiya verib.

NOCOMMENT.az xəbər verir ki, Elon Musk bu yaxınlarda Aralıq dənizində fəaliyyət göstərən 8 Alman qaçqın xilasetmə gəmisinə diqqət çəkərək qaçqınlarla bağlı açıqlamalarına bir yenisini əlavə edib. “Alman xalqı bundan xəbərdardırmı?” Cavab olaraq Almaniya Xarici İşlər Nazirliyi hesabından belə cavab verilib: “Bəli, bu həyatların xilas edilməsi adlanır” deyə cavabda qeyd edilib.

Mask bu günkü paylaşımında  “Deməli, siz bununla həqiqətən fəxr edirsiniz. Maraqlıdır. Açığı, almanların əksəriyyətinin bunu dəstəklədiyinə şübhə edirəm Sorğu keçirmisiniz?” ifadələrini işlədib.