Maskdan flaş İDDİA: “Apple” Tvitteri təhdid etdibackend

Maskdan flaş İDDİA: “Apple” Tvitteri təhdid etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elon Musk Tvitterin “ifadə azadlığının məhdudlaşdırılması” ilə bağlı şirkət fayllarını tezliklə ictimaiyyətlə paylaşacaqlarını açıqladı.

NOCOMMENT.az xəbər verir ki, o bu barədə Tvitter hesabında məlumat verib.

Tvitterin ifadə azadlığının məhdudlaşdırılması ilə bağlı faylları Tvitterin özündə dərc olunacağını bildirən Mask paylaşımda “İctimaiyyətin əslində nə baş verdiyini bilməyə haqqı var” ifadəsini işlədib.

“Apple Store”dan alınan bütün tətbiqlərdən 30% komissiya tutulduğunu bildirən Mask, “Apple”-ın “Twitter”-i proqram mağazasından silməklə hədələdiyini iddia edib.

“Apple”-ın “Twitter”-də reklamı tamamilə dayandırdığını bildirən Mask daha sonra “Apple”-ın baş direktoru Tim Kuku işarələyərək  “Nə baş verir?” deyə soruşub.

Qeyd edək ki, Mask “Apple”-ın bazardakı monopoliyasını qırmaq üçün göndərilən mesajları dəstəklədiyini bildirib.

Jalə Bədirova

NOCOMMENT.az