Maskın “Twitter”-dən imtina SƏBƏBİ: 3-cü Dünya Müharibəsi olacaqsa… – Şok mesajbackend

Maskın “Twitter”-dən imtina SƏBƏBİ: 3-cü Dünya Müharibəsi olacaqsa… – Şok mesaj

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən zəngin adamı, Tesla-nın CEO-su İlon Maskın “Twitter”-i almaqdan imtina etməsinə onun III Dünya Müharibəsindən qorxması səbəb kimi iddia edilib.

NOCOMMENT.az xəbər verir ki, Maskın “Əgər 3-cü Dünya Müharibəsinə doğru gediriksə, “Twitter”-i almağın mənası yoxdur” mesajı ortaya çıxıb.

Bu mesajlar “Twitter” və Mask arasında gedən məhkəmə prosesi zamanı gündəmə gəlib. Sentyabrın 6-da keçirilən iclasda “Twitter”-in vəkili Maskın göndərdiyi mesajları oxuyub.

“Business Insider”-in məlumatına görə, “Tesla” və “SpaceX” CEO-su Mask mayın 8-də “Twitter”-i satın alma sövdələşməsinin maliyyəçisinə tələsməməli və Rusiya Prezidenti Vladimir Putinin 9 May Qələbə Günündəki çıxışını gözləməli olduqlarını bildirib.

“Gəlin bir neçə gün gözləyək. Putinin sabahkı çıxışı həqiqətən vacibdir. Əgər biz III Dünya Müharibəsinə doğru gediriksə, “Twitter”-i almağın mənası yoxdur”.

“Twitter”-in vəkili mətnlərin Maskın müqaviləni pozduğunu və şəxsi maliyyə problemləri səbəbindən sövdələşmədən geri çəkildiyini sübut etdiyini bildirib.

Maskın vəkili isə bu kontekstdə mesajların məhkəməyə təqdim edilməsinin tamamilə gülünc olduğunu, tam mesajlaşma mətni yayımlandıqdan sonra bunun belə olduğunun anlaşılacağını qeyd edib.

Tam mesajlaşma mətninin gələn həftə məhkəmə qarşısına çıxarılacağı gözlənilir.

Qeyd edək ki, Mask iyul ayında “Twitter-i almaqdan imtina etdikdə sosial media şirkətinin saxta və spam hesabların sayını olduğundan az göstərməkdə ittiham etmişdi.

Jalə Bədirova

NOCOMMENT.az