Maştağa sakini su istəyir, Azərsu ittiham edirbackend

Maştağa sakini su istəyir, Azərsu ittiham edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Maştağa qəsəbə sakinləri susuz qalmalarından şikayətçidirlər.

NOCOMMENT xəbər verir ki, bu barədə Report-a qəsəbə sakini söyləyib.

Şikayətçi Maştağa qəsəbəsi Nizami küçəsi, döngə 6 ev 10-da bir aydan çoxdur ki, su gəlmədiyini bildirib: “Yayın qızmar vaxtında maşınla su alırıq, o da bəs etmir. Bu karantin günlərində evdə susuz qalmışıq. Dəfələrlə “Qaynar xətt”ə zəng vurmuşuq. Amma baxan yoxdur. Qəsəbədə internat adlanan əraziyə yeni su xətti çəkilib, sayğac qoyulub. Amma bizim məhəllə susuz qalıb. Maşınla su alırıq, o da bəs etmir”.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı isə Report-a bildirib ki, şikayətçi vətəndaş “Azərsu”nun abonenti deyil: “Heç bir qeydiyyatları yoxdur. Sudan qeyri-qanuni istifadə ediblər. Araşdıracağıq, qanunla imkan varsa, su veriləcək, əks halda onların suyu kəsiləcək. Gərək rəsmi şəkildə ya “Azərsu” ASC-yə, ya da “ASAN Kommunal”a müraciət etsinlər”.