Maştağada Qədr gecəsinə müdaxilə iddiaları ilə bağlı AÇIQLAMAbackend

Maştağada Qədr gecəsinə müdaxilə iddiaları ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə ötən axşam Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən məsciddə keçirilən Qədr gecəsi mərasiminə polis əməkdaşları tərəfindən müdaxilə olunması və məclisin keçirilməsinə maneçilik törədilməsi ilə bağlı iddialar səsləndirilib.

NOCOMMENT.az xəbər verir, məsələ barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov “Qafqazinfo”ya açıqlama verib.

“Guya polis əməkdaşlarının COVID-19 virusunu bəhanə edərək məscidə heç kimi buraxmaması ilə bağlı qeyd edilən iddialar tərəfimizdən araşdırlıb.
Müəyyən edilib ki, səsləndirilən fikirlər tamamilə əsassız, yalan və cəmiyyətimizdə yüksək səviyyədə mövcud olan dini tolerantlıq mühitini pozmağa yönəlmiş uğursuz cəhddir.

Əksinə, ötən axşam Maştağa qəsəbəsindəki məsciddə baş tutan Qədr gecəsi mərasimi polisin müdaxiləsi olmadan tam təhlükəsiz şəraitdə keçirilib və hər hansı bir xoşagəlməz hal qeydə alınmayıb”, – polis mayoru qeyd edib.