MDB ölkələri ilə Rusiya arasında güclü tərəfdaşlıq əlaqələrinə baxmayaraq, Qərbin onlara qarşı təzyiqləri, sözsüz ki, mövcuddur.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko “Rossiya-1” telekanalında “Moskva Putin” verilişində bildirib.
Onun sözlərinə görə, regionda etibarlılıq və təhlükəsizliyi təmin etmək üçün ölkələr arasında əməkdaşlıq vacibdir:
“Hamı başa düşür ki, biz nə qədər sıx qarşılıqlı əlaqədə olsaq, bu region bir o qədər etibarlı və təhlükəsiz olar”.