“Mavi işarə”ni ödənişlə əldə etmək mümkün olacaqbackend

“Mavi işarə”ni ödənişlə əldə etmək mümkün olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq “Facebook” və “Instagram” istifadəçiləri ödənişlə “mavi işarə”ni əldə edə biləcəklər.

NOCOMMENT xəbər verir ki, bu barədə “Meta” şirkətinin baş direktoru Mark Zukerberq özünün “Facebook” hesabında yazıb.

“Meta”nın baş direktoru bildirib ki, bu funksiya hesabların həqiqiliyini və xidmətlərin təhlükəsizliyini artırmaq üçün nəzərdə tutulub.

“Mobil telefonlarda ayda 14,99 dollar, veb-versiyada isə aya 11,99 dollar ödəməklə bu xidmətdən istifadə etmək mümkün olacaq”, – deyə Mark Zukerberq vurğulayıb.