Mayın 24-dən bağçalara elektron sənəd qəbulu sisteminə giriş məhdudlaşdırılacaqbackend

Mayın 24-dən bağçalara elektron sənəd qəbulu sisteminə giriş məhdudlaşdırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 24-dən “Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi”nə (bq.edu.az) giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq.

NOCOMMENT.az xəbər verir ki, Elm və Təhsil Nazirliyindən apa-ya verilən məlumata görə, növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesinə 2024-cü ilin iyul ayından başlanılması planlaşdırılır.

Bununla bağlı geniş məlumat yaxın zamanda ictimaiyyətə təqdim ediləcək.