Mayın 28-də ictimai nəqliyyat işləyəcək? – RƏSMİ AÇIQLAMAbackend

Mayın 28-də ictimai nəqliyyat işləyəcək? – RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, 28 may Respublika günü ilə əlaqədar ölkədə qeyri-iş günüdür.

Qeyri-iş günləri ictimai nəqliyyatın hərəkətinə məhdudiyyətin qoyulduğunu nəzərə alsaq, belə bir sual yaranır: Cümə günü ictimai nəqliyyatın hərəkətinə qadağa qoyulacaqmı?

NOCOMMENT-in məlumatına görə, məsələ ilə bağlı sfera.az-a danışan Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, bu barədə hələ ki məlumat yoxdur: “İctimai nəqliyyatın hərəkətinə məhdudiyyətin tətbiq edilməsi səlahiyyəti Nazirlər Kabineti yanında Operativ Qərargaha məxsusdur.

Mayın 28-də belə bir qadağa tətbiq edilərsə, qərargah tərəfindən ictimaiyyətə məlumat veriləcək”, – deyə qurum rəsmisi qeyd edib.