“McDonalds” Ukraynaya qayıdırbackend

“McDonalds” Ukraynaya qayıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın sürətli xidmət göstərən restoranlar şəbəkəsi “McDonalds” Rusiyanın hücumundan sonra bağladığı Ukraynadakı bəzi restoranlarını yenidən açmağı planlaşdırdığını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, “McDonalds” tərəfindən verilən açıqlamada Ukraynada xalqı dəstəkləməyin onların bir nömrəli prioritetləri olaraq qaldığı vurğulanıb.

“Ukraynalı səlahiyyətlilər, təchizatçılar və təhlükəsizlik ekspertləri ilə geniş məsləhətləşmələrdən və müzakirələrdən sonra biz işçilərimizin geri qayıtmaq tələbini nəzərə alaraq, digər müəssisələrin təhlükəsiz şəkildə fəaliyyət göstərdiyi Kiyevdə və Ukraynanın qərbində bəzi restoranların yenidən açılması üçün mərhələli plan həyata keçirməklə işləmək qərarına gəldik”, – deyə bəyanatda qeyd olunub.