MDB Hökumət Başçıları Şurasının iclası gələn həftə keçiriləcəkbackend

MDB Hökumət Başçıları Şurasının iclası gələn həftə keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının növbəti iclası noyabrın 6-da onlayn formatda keçiriləcək.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə “BelTA” xəbər agentliyi təşkilatın Minskdəki İcraiyyə Komitəsində baş tutan Birlik ölkələrinin nizamnamə və digər orqanları yanında MDB Dövlətlərinin Daimi Səlahiyyətli Nümayəndələri Şurasının iclasından sonra məlumat yayıb.

Qeyd olunub ki, iclasda MDB ölkələrinin 2030-cu ilə qədər olan dövr üçün iqtisadi inkişaf strategiyasının birinci mərhələsinin (2021-2025) həyata keçirilməsi üzrə fəaliyyət planına baxılacaq.

Qeyd edək ki, bu il Özbəkistan MDB-də sədr ölkə olduğundan daha əvvəl iclasın Daşkənddə keçirilməsi planlaşdırılırdı.