Bu il Azərbaycan iqtisadiyyatının 2,7%, gələn il isə 2,6% böyüyəcəyi proqnozlaşdırılır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) sentyabr ayı üzrə “Asiyanın İnkişaf Perspektivləri” hesabatında deyilir.
Proqnozlara görə, Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində 2024-2025-ci illər üzrə iqtisadi artım belə olacaq:
MDB ölkələri | 2024 | 2025 |
Azərbaycan | 2,7 % | 2,6 % |
Rusiya | 0,6 % | 2,1 % |
Özbəkistan | 6 % | 6,2 % |
Qazaxıstan | 3,6 % | 5,1 % |
Qırğızıstan | 6,3 % | 5,8 % |
Tacikistan | 6,5 % | 6,5 % |
Türkmənistan | 6,5 % | 6 % |
Bundan əlavə, bankın MDB ölkələri üçün bu il və gələn il üzrə inflyasiya proqnozu belə olub:
MDB ölkələri | 2024 | 2025 |
Azərbaycan | 2,1 % | 3,8 % |
Rusiya | 3,2 % | 2,2 % |
Özbəkistan | 9,5 % | 9 % |
Qazaxıstan | 8,5 % | 6,1 % |
Qırğızıstan | 6,8 % | 6,2 % |
Tacikistan | 5,5 % | 6,5 % |
Türkmənistan | 5 % | 5% |