Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin liderləri Düşənbə sammitində “MDB plus” formatının yaradılmasını təsdiqləyiblər.
NOCOMMENT.az.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bu format Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev tərəfindən irəli sürülüb.
Təhlükəsizlik məsələləri – terrorizmlə mübarizə və hərbi əməkdaşlıq üzrə bəyannamə və konsepsiyalardan əlavə, liderlər “MDB plus” formatının yaradılması haqqında qərar da qəbul ediblər.