Məcburi köçkün qəsəbələrində yol təmiri üçün 760 min manatlıq tenderbackend

Məcburi köçkün qəsəbələrində yol təmiri üçün 760 min manatlıq tender

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Biləsuvar və Qazax rayonlarında salınmış məcburi köçkün qəsəbələrində yol təmiri ilə bağlı tender elan edib.

Satınalma asfalt-beton örtüyünün bərpası və qəsəbədaxili çınqıl yolların təmirini əhatə edir.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, layihənin ehtimal olunan dəyəri 760.626,82 manat təşkil edir.

Təmir işlərinin hansı əraziləri konkret əhatə edəcəyi və müddəti barədə əlavə məlumat açıqlanmayıb. Layihə köçkünlərin yaşadığı qəsəbələrdə infrastrukturun yaxşılaşdırılması məqsədi daşıyır.