Məcburi köçkünlər onlara verilən evləri satırlar?backend

Məcburi köçkünlər onlara verilən evləri satırlar?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Mingəçevirdə icra başçısı İlham İsmayılovla sakinlər arasında görüş keçirilib.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, sakinlər icra başçısına şəhərdəki müxtəlif problemlərdən şikayətləniblər. Sakinlərin bir qismi binalardakı kanalizasiya xətlərinin nasaz olması ilə bağlı danışıblar. Digər sakinlər isə şəhərin yataqxanasında yaşayan keçmiş məcburi köçkünlər tərəfindən yaşadıqları otaqların satıldığını iddia ediblər. Yataqxana sakini qazi anası deyir ki, 5 nəfər ailə ilə birlikdə 1 otaqda dözülməz şəriatdə yaşayır.

Yanındakı keçmiş məcburi köçkün ailəsi isə otaqları kirayəyə verib özü isə bağ evində yaşayır. Bu kimi problemlərdən danışan sakinlər icra başçısından onların problemləri ilə yaxından maraqlanmasını istəyiblər.