Məcburi Köçkünlərin Mərkəzləşdirilmiş Vahid Məlumat Bazası yaradılırbackend

Məcburi Köçkünlərin Mərkəzləşdirilmiş Vahid Məlumat Bazası yaradılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Məcburi Köçkünlərin Mərkəzləşdirilmiş Vahid Məlumat Bazasının yaradılması üçün açıq tender elan edib.

NOCOMMENT xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.

İddiaçılar ilkin sənədləri sentyabrın 29-da saat 12:00-a qədər, tender təklifi və onun dəyərinin 5%-i qədər bank təminatını isə oktyabrın 7-də saat 15:00-a qədər Komitənin Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 129 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər. Əlaqələndirici şəxs qurumun şöbə müdiri Adil Musayevdir. Telefon: (012) 431-21-66.

Təkliflərə oktyabrın 8-idəsaat 15:00-da qeyd olunan ünvanda baxılacaq. İş ən geci bu ilin sonuna qədər təhvil verilməlidir.