Məcburi köçkünlərin yaşadığı yataqxana yandıbackend

Məcburi köçkünlərin yaşadığı yataqxana yandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda məcburi köçkünlərin məskunlaşdığı dördmərtəbəli yataqxana binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, paytaxtın Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı dördmərtəbəli yataqxana binasının damında taxta konstruksiyalardan ibarət artırma tikililər 50 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.