“Medaura” klinikasından daha bir şikayət – Qadının burnunu pis günə qoydularbackend

“Medaura” klinikasından daha bir şikayət – Qadının burnunu pis günə qoydular

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“MedAura” klinikası və onun baş həkimi Nigar Məhəmmədovadan daha bir şikayət var.
NOCOMMENT.az Xəzər TV-yə istinadən məlumat verir ki, ötən ilin aprel ayında bu klinikada burunda çəpər əyriliyi əməliyyatı olan Lətafət Məmmədova bildirib ki, əməliyyatdan sonra problemləri aradan qalxmaq yerinə, əksinə şikayətləri artıb.

O, əməliyyatı icra edən özəl klinika “MedAura”nın həkimi Kəmalə Mirzəyevadan şikayətçidir.
Şikayətçi iddia edir ki, əməliyyata 1400 manat ödəniş edib. Təkrar əməliyyat üçün isə indi 6000 manat lazımdır. Onun tələbi bu ödənişin ona verilməsidir ki, başqa klinikada yenidən əməliyyat olunsun.
Sözügedən özəl klinikanın baş həkimi Nigar Məhəmmədova bildirib ki, həkim Kəmalə Mirzəyeva artıq işdən çıxarılıb. Baş həkim özü də ondan şikayətçidir.
Qeyd edək ki, bu Medaura ilə bağlı ilk belə hal deyil. Klinikada burun estetik əməliyyatlarının fəsadlarından şikayətçilər sonradan təkrar əməliyyata məruz qalıblar.