Mədəniyyət naziri vətəndaşlarla videoqəbul keçiribbackend

Mədəniyyət naziri vətəndaşlarla videoqəbul keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 24-də Mədəniyyət naziri Əbülfəs Qarayev Bakı şəhəri üzrə vətəndaşlar üçün videoqəbul keçirib. Növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətləri dinlənilib, sualları cavablandırılıb.

NOCOMMENT.az nazirliyə istinadən xəbər verir ki, videoqəbulda Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Fikrət Babayev, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, nazirliyin digər məsul əməkdaşları iştirak ediblər.

Əbülfəs Qarayev əvvəlcə vətəndaşlara müraciət edərək bu günlərdə ölkəmizin mədəniyyət sahəsinin idarə olunması ilə bağlı görülən işlərin, vətəndaşlara mədəni xidmətlərin göstərilməsi, videodərslərin keçirilməsi, muzeylərə və qoruqlara virtual turların, onlayn kitabxana xidmətlərinin təşkili, eləcə də digər mədəniyyət müəssisələrinin bu istiqamətdə həyata keçirdikləri tədbirlərin əhəmiyyətini qeyd edib.

Sonra vətəndaşların müxtəlif mövzularda müraciətləri dinlənilib.

Əbülfəs Qarayev sonda bir daha videoqəbulun keçirilməsinin əhəmiyyətini vurğulayaraq, vətəndaşlarla birbaşa görüşlərlə yanaşı, bu formada ünsiyyətin də gələcəkdə davam etdirilməsinin vacibliyini qeyd edib.