Mədəniyyət Nazirliyində ciddi yoxlamalar: Əbülfəs Qarayev təftiş edilirbackend

Mədəniyyət Nazirliyində ciddi yoxlamalar: Əbülfəs Qarayev təftiş edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Mədəniyyət Nazirliyində ciddi yoxlamalar aparılır.

NOCOMMENT xəbər verir ki, mediapost-a daxil olan məlumata görə, Maliyyə naziri Samir Şərifovun birbaşa tapşırığı əsasında yoxlamalar Əbülfəs Qarayevin nazir olduğu dövrdə sözügedən qurumda dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə aparılır.

Artıq 3 aya yaxındır Mədəniyyət Nazirliyində aparılan yoxlamalarda ciddi maliyyə pozuntuları aşkarlanıb.

Maliyyə Nazirliyinin əməkdaşları dünən sözügedən qurumun maliyyə və uçot şöbəsində təftişi davam etdiriblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Mədəniyyət naziri Əbülfəs Qarayev 21 may 2020-ci il tarixində vəzifəsindən azad olunub.