Mədəniyyət Nazirliyində 2 yeni təyinat olub.
NOCOMMENT.az bakupost.az-a istinadən xəbər verir ki, mədəniyyət nazirinin müvafiq əmri ilə Mustafa Abbasbəyli Mədəniyyət Nazirliyinin Aparat rəhbəri təyin olunub.
Mustafa Abbasbəyli bundan öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışırdı.
Nazirin bir başqa ərmi ilə isə Cəsarət Valehov nazir Adil Kərimlinin müşaviri təyin edilib.
O, bir müddət öncə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsindən ayrılmışdı.
Hər iki təyinatı Mədəniyyət Nazirliyindən təsdiq ediblər.
Qeyd edək ki, ötən gün Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin vəzifəsindən uzaqlaşması barədə xəbər vermişdik.