Mədəniyyət Nazirliyinin məmurları məhkəmə qarşısındabackend

Mədəniyyət Nazirliyinin məmurları məhkəmə qarşısında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı həbs edilən Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Nazirliyin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun barələrində olan həbs qətimkan tədbirinin müddətinin artırlıması ilə bağlı məhkəmə prosesi keçirilib.

NOCOMMENT-in məlumatına görə, Səbail rayon məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatına baxılıb. Prosesdə istintaq orqanının təqdimatlarına baxılıb, R.Bayramov və Z.Sultanovun həbs müddəti daha 3 ay uzadılıb.

Xatırladaq ki, hər iki şəxs Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının Mədəniyyət Nazirliyindən keçirdikləri əməliyyat nəticəsində saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə həbs ediliblər.