Mədəniyyət və İncəsənət Universiteti rejissor yetişdirə bilmir – Məşhur aktyorbackend

Mədəniyyət və İncəsənət Universiteti rejissor yetişdirə bilmir – Məşhur aktyor

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 2-i Azərbaycanda Milli Kino Günü kimi qeyd olunur. Kinonun hazırkı vəziyyəti barədə fikirlər müxtəlifdir.

NOCOMMENT.az xəbər verir ki, Yenisabah.az-a danışan, gənc yaşlarından “Babək” fillmindəki Buğday rolu ilə məşhurlaşmış aktyor Məhəmməd Verdizadə milli kinematoqrafiya bərədə bədbin rəydə olanlar sırasındadır:

“Kinomuzun vəziyyətindən razı deyiləm. Demək olar ki, yox vəziyyətindədir. Bunun əsas səbəbi kadr yoxluğudur. Ən əsas da rejissor yoxluğu. Rejissor varsa, kino var, yoxdursa, kino da yoxdur”.

M. Verdizadənin Mədəniyyət və İncəsənət Universiteti rejissor yetişdirə bilmir:

“Evi tikə bilən usta yoxdursa, o evi necə tikmək olar?!”

Aktyor “Oskar” mükafatına namizədliyini irəli sürmüş, lakin qəbul edilməmiş Azərbaycan filmlərindən də danışıb:

““Oskar”a göndəriləcək o qədər köhnə filmlərimiz var ki. O müsabiqədə dünyəvi problemlərə yer ayıran filmlərin namizədliyi qəbul olunur və mükafat verilir.

Əgər mən filmdə hansı bölgənin problemini verirəmsə, əlbəttə, namizədlik qəbul olunmayacaq. Yaxud seksual-erotik səhnələr. Məgər Di Kaprionun çəkildiyi “Sağ qalmış” filmində hansı erotik səhnə var?! Yaxud “Xaç atası”nda…”