Sami Yusif “Qarabağımsan” adlı kompozisiya hazırladı – VİDEO

Sami Yusif “Qarabağımsan” adlı kompozisiya hazırladı – VİDEO

Əslən Cənubi Azərbaycandan olan Böyük Britaniyanın məşhur müğənnisi Sami Yusif “Qarabağımsan” adlı musiqi kompozisiyası hazırlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, rəsmi “İnstagram” hesabında yazıb.

““Qarabağımsan” adlı kompozisiyamı elan etməkdən çox məmnunam. Bu əsər Qarabağın əbədi gözəlliyinə olan sevgi və həsrət əsəridir”, – deyə ifaçı qeyd edib.

“Qarabağımsan” 2022-ci ilin əvvəlində təqdim olunacaq.