Mədət Quliyevə yeni müavin təyin edildi – DOSYEbackend

Mədət Quliyevə yeni müavin təyin edildi – DOSYE

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Respublikası müdafiə sənayesi nazirinə yeni müavin təyin edilib.
NOCOMMENT Valyuta.az-a istinadən xəbər verir ki, Vüqar Valeh oğlu Mustafayev nazir müavini təyin edilib.
Vüqar Valeh oğlu Mustafayev 1986-cı ildə Bakı şəhərində anadan olub.
Doğulduğu tarix və yer Vüqar Valeh oğlu Mustafayev 1986-cı ildə Bakı şəhərində anadan olub. Təhsili 2004 – 2008-ci illər Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası Mühəndis iqtisadiyyatı və idarəetmə – Menecment ( fərqlənmə) 2010 – 2013-cü illər Xəzər Universiteti Maliyyə və kredit ixsitsası üzrə “Biznesin idarə edilməsi ( MBA) ” magistr proqramı 2016-ci ildən etibarən beynəlxalq assosasiya olan Daxili Auditorlar İnstitutunun üzvü olmaqla yanaşı “Certified İnternal Auditor ( CİA) ” – Beynəlxalq Daxili Auditor kvalifikasiyası əldə etmişdir. 2020-ci ildən beynəlxalq “İBM Data Science Specialization” – Data Elmi üzrə ixtisastlaşmış kvalifikasiyaya sahibdir. Hərbi vəziyyəti Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının N saylı hərbi hissəsi İş təcrübəsi Bakalavr təhsili dövründə 2006 – 2008-ci illərdə müxtəlif şirkətlərdə Təlim Koordinatoru və Maliyyə və mühasibatlıq üzrə mütəxəssis vəzifələrində fəaliyyət göstərmişdir. 2009 – 2012-ci illərdə ölkədə fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit şirkətlərindən olan “Ernst & Young CIS B. V” şirkətində baş mütəxəssis olaraq çalışıb. 2012 – 2014-cü illərdə Azerfon MMC-də Daxili Audit Departamentinin Direktoru kimi faəliyyət göstərib. 2014-cü ildən etibarən PAŞA Holdinq MMC və ona aid olan Şirkətlərdə müxtəlif rəhbər vəzifələrində çalışıb: 2014-cü ildə PAŞA Holdinq MMC-də İcraçı Direktorun Müşaviri vəzifəsinə təyin olunub.