Mədət Quliyevin işi bu xanıma həvalə edildi – FOTObackend

Mədət Quliyevin işi bu xanıma həvalə edildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Mədət Quliyev Azərbaycan Velosiped Federasiyasının prezidenti postundan istefa verib. Maraqlıdır, bəs Mədət Quliyevi kim əvəz edəcək?

NOCOMMENT.az Manset.az-a istinadən xəbər verir ki, Mədət Quliyevi Velosiped Federasiyasının Baş katibi Elnarə Musayeva əvəz edir.
Elnarə Musayeva faktı sayta təsdiqləyib:

“Bütün federasiyalarda olduğu kimi, bizim federasiyada da işlər əvvəlki qaydada davam edir. Bu məlumat hələ təzə yayıldığı üçün biz öz işimizi əvvəlki kimi davam etdiririk. Təbii ki, federasiya prezidenti gecə-gündüz işlərə birbaşa nəzarət etmir. İşlərin idarə olunmasını mən həyata keçirirəm. İş rejimi necə idisə, eyni qaydada davam edir”.

Qeyd edək ki, Mədət Quliyev 2021-ci ilin noyabr ayından bu vəzifəni yerinə yetirirdi.