KoronaVirus İnformasiya Portalı
“Media kimi danışdırdığına diqqət etməlidir” – “Bu, ən həssas nüanslardan biridir”backend

“Media kimi danışdırdığına diqqət etməlidir” – “Bu, ən həssas nüanslardan biridir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vüqar Zifəroğlu: “Media qaragüruhu, mövhümatı təbliğ etməli, geriliyə, mövhumata qapı açmalı deyil”.

Artıq bir neçə aydır ki, ölkəmizdə pandemiyaya qarşı mübarizə davam edir. Hansı ki, bu mübarizənin əsas ağırlığının həkim və polislərlə yanaşı, həm də medianın üzərinə düşdüyü birmənalıdır. Lakin təəssüflər olsun ki, bəzən pandemiyaya qarşı mübarizə ilə bağlı mediada sadəcə mütəxəssislərin deyil, həmçinin falçıların, ekstrasenslərin, müxtəlif mistik qüvvələrə, bacarıqlara malik olduğunu iddia edən şəxslərin də açıqlamalarına rast gəlinir. Pandemiya kimi həssas məsələdə falçı və ekstrasenslərə müraciət etmək, onların dedikləri əsasında ictimai rəy formalaşdırmaq nə dərəcədə doğrudur?

NOCOMMENT.az xəbər verir ki, bu barədə açıqlama verən Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu bunu qeyri-peşəkarlıq kimi dəyərləndirdi:

Medianın fəlsəfəsində maarifləndirmə, bilgiləndirmə, aydınlatma durur. Media qaragüruhu, mövhümatı təbliğ etməli deyil. Geriliyə, mövhumata qapı açmalı deyil. Mediamız “Əkinçi”dən bu günə qədər maarifçilik, ziyalılıq, aydınlıq üzərində qurulan media olub. Bizim XIX əsrin sonu, XX əsrin əvvəllərində dərc olunan qəzetlərimizə baxsnız görərsiniz ki, orada dini mövhumat, qaragürühçuluq, gerilik hədəf seçilib, ona qarşı mübarizə aparılıb. XXI əsrdə professional media mövhumata yer ayırmalı deyil. Bu məsələdə dini aydınlatma ilə mövhumatı ayırmaq lazımdır. Dini maarifləndirmə gözəl bir şeydir. Lakin biri də var ki, falçılar, ekstrasenslər təbliğ edirik. Bu, yolverilməzdir.

Peşəkar media mütəxəssisləri danışdırmalıdır. Ümumiyyətlə, media kimi danışdırdığına diqqət etməlidir. Bu, çox önəmli bir məsələdir. Bu məsələdə həssas olmaq lazımdır.

Doğrudur, bu cür mövzular daha çox İP yığır, daha çox oxucu marağına səbəb olur. Amma bu, o demək deyil ki, peşəkar media baxış sayı artsın deyə bu mövzulara müraciət etməlidir. Peşəkar media insanları maarifləndirməli, onları öz arxasınca aparmalıdır. Zərdabini, Üzeyir bəy Hacıbəylini, Cəlil Məmmədquluzadəni oxusunlar. Onlar din adı altında müxtəlif fırıldaqlarla məşğul olan şəxsləri də ifşa edib. Peşəkar media öz işini bu yöndə davam etdirməlidir”.

Moderator.az