Rusiyanın Ukraynadakı münaqişənin həllinə dair memorandum layihəsi iki hissədən ibarətdir.
NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi, Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib.
“Biz iki hissədən ibarət memorandumumuzu Türkiyə tərəfinə təhvil vermişik. Birincisi, real uzunmüddətli sülhə necə nail olmaqdır, ikinci hissə isə tam hüquqlu atəşkəsin mümkün olması üçün hansı addımların atılmasıdır, ikinci hissədə isə hətta dəyişkənlik var: bu və ya digər yolu tutmaq”, – prezidentin köməkçisi bildirib.