Medinski: Rusiya və Ukrayna müntəzəm olaraq ağır yaralı əsgərləri dəyişdirəcəkbackend

Medinski: Rusiya və Ukrayna müntəzəm olaraq ağır yaralı əsgərləri dəyişdirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Ukrayna ağır yaralı əsgərlərin mütəmadi mübadiləsi qurmağı planlaşdırır və bu məqsədlə xüsusi komissiya yaradacaq.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin köməkçisi, Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski deyib.

“Biz razılaşdıq ki, daimi həkim komissiyaları yaradılsın, onların nəticələri əsasında tərəflər böyük siyasi qərarları gözləmədən, ağır yaralı əsgərlərin mübadiləsi üçün siyahılar formalaşdıracaqlar.

Nümayəndə heyətinin rəhbəri evdə sağalmağın daha yaxşı olduğu fikrini də bildirib. Medinskinin sözlərinə görə, mübadilələr işin adi axarında baş tutacaq.