Medinskinin gizli OTEL GÖRÜŞÜ – Məqsəd nə olub?backend

Medinskinin gizli OTEL GÖRÜŞÜ – Məqsəd nə olub?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı nümayəndə heyətinin üzvü Vladimir Medinski hava limanına yola düşməzdən əvvəl “InterContinental” otelində qapalı formatda iki saatlıq danışıqlar aparıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS agentliyinə danışıqlar qrupundakı mənbə məlumat verib.

Məlumata görə, görüş qapalı rejimdə baş tutub və Medinskinin kimlə danışıqlar apardığı açıqlanmayıb.

Qeyd olunur ki, danışıqlardan dərhal sonra Medinski hava limanına yollanıb. Görüşün mövzusu və nəticələri barədə rəsmi məlumat verilməyib.

Aliyə
NOCOMMENT.az