Ukraynaya görə, ABŞ prezidenti Co Bayden Qərb və Rusiya arasında demək olar ki, nüvə münaqişəsinə çevrilə biləcək müharibəyə səbəb olub.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
“Baydenin qərarlarının təsirləri uzun müddət davam edəcək. Rusiya ilə ABŞ arasında münasibətlərin tam normallaşması üçün onilliklər lazımdır”, – deyə o qeyd edib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp andiçmə mərasimindən sonra savaşı bitirmək üçün çalışacağını deyib. Ukrayna Prezidenti Volodimir Zelenski isə daha əvvəl söyləyib ki, müharibənin bu il başa çatması üçün hər şeyi edəcək.