Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Baltik ölkələri, Finlandiya, Norveç və Polşa Rusiya sərhədlərinə yaxın ərazilərdə hərbi fəallığı artırır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə o, Rusiya–Finlandiya sərhədini ziyarətindən sonra keçirilən iclasda danışıb, məlumatı RIA Novosti yayıb.
Medvedev qeyd edib ki, dövlət sərhədinin etibarlılığını artırmaq, möhkəmləndirici qurğular qurmaq vacibdir.
O əlavə edib ki, Finlandiyanın NATO-ya üzvlüyünü Rusiya görməzdən gələ bilməz. Sərhədin qorunması və mümkün düşmən hərəkətlərinə qarşı müdafiə yanaşmalarını dəyişdirmək lazımdır.