Medvedev məhkumluğu olan keçmiş miqrantları Rusiyaya buraxmamağa çağırıbbackend

Medvedev məhkumluğu olan keçmiş miqrantları Rusiyaya buraxmamağa çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük cinayət keçmişi olan miqrantların Rusiya vətəndaşlığının alınması qəbuledilməzdir.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

Müvafiq bəyanat Rusiya Təhlükəsizlik Şurasının Miqrasiya Siyasəti Komissiyasının iclasında verilib. Medvedev görüşdən bir fraqmentin videosunu özünün VKontakte səhifəsində yayımlayıb.

“Onlar bizim cəmiyyətimiz üçün təhlükədir. Onların bizimlə yaşamasına, xüsusən də Rusiya vətəndaşlığını almasına icazə vermək yolverilməzdir”, – deyə o bildirib.

Görüş zamanı xarici dil kimi rus dilindən, eləcə də Rusiya tarixindən və miqrantlar üçün qanunvericiliyin əsaslarından imtahanların keçirilməsi məsələləri müzakirə olunub.