Medvedev NATO-nu nüvə müharibəsi ilə təhdid etdibackend

Medvedev NATO-nu nüvə müharibəsi ilə təhdid etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO ilə müharibə olarsa, Rusiya “asimmetrik cavab vermək” və “xüsusi döyüş başlıqları olan” raketlərdən istifadə etmək məcburiyyətində qalacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün Telegram kanalında yazıb.

“Əgər Allah eləməsin, belə bir müharibə baş versə, Rusiya “xüsusi hərbi əməliyyat” ssenarisi ilə getməyəcək və artilleriya, zirehli texnika, pilotsuz uçuş aparatları və elektron döyüş texnikasından istifadə etməklə səngərlərdə həyata keçirilməyəcək. Cavabımız asimmetrik olacaq.Ölkəmizin ərazi bütövlüyünü qorumaq üçün xüsusi döyüş başlıqlı ballistik və qanadlı raketlərdən istifadə olunacaq. Bu, bizim hərbi doktrinal sənədlərimizə əsaslanır və hamıya yaxşı məlumdur. Və bu çox bədnam Apokalipsisdir. Hər şeyin sonu”, – deyə Medvedevqeyd edib.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Qərb liderlərini seçicilərinə münaqişənin kəskinləşməsinin nəticələri barədə acı həqiqəti söyləməyə və onları “ağılsız axmaqlar kimi qəbul etməməyə” çağırıb.