Rusiya Təhlükəsizlik Şurasının vitse-prezidenti, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bəyan edib ki, Rusiya “əməliyyatı” dayandırsa, məhv olacaq.
NOCOMMENT.az xəbər verir ki, o, ABŞ-ın Kiyev rejiminə silah verməyi dayandırdığı təqdirdə müharibənin başa çatacağını bildirib.
Medvedev ABŞ-ın Rusiyanı məğlub etməyə çalışdığını bildirərək, “Əgər ABŞ Rusiyanın məğlub olmasını istəyirsə, bəllidir ki, biz dünya müharibəsinin astanasındayıq. Əgər ABŞ Rusiyanı məğlub etmək istəyirsə, bizim özümüzü istənilən silahla, o cümlədən nüvə silahı ilə müdafiə etmək hüququmuz var. Rusiya qalib gəlmədən əməliyyatı dayandırsa, Rusiya olmayacaq, parça-parça olacaq. Əgər ABŞ Kiyev rejiminə silah verməyi dayandırsa, müharibə başa çatacaq” deyə açıqlama verib.
Medvedevin bəyanatı ABŞ prezidenti Co Baydenin Polşanın paytaxtı Varşavada verdiyi bəyanata bənzəyirdi.
Qeyd edək ki, Bayden Varşavada verdiyi bəyanatda “Rusiya işğalını dayandırsa, müharibə başa çatacaq. Əgər ukraynalılar özlərini müdafiə etməyi dayandırsalar, bu, Ukraynanın sonu olacaq” deyə bildirib.
NOCOMMENT.AZ